Buna görə şəhidlərimizə borcluyuq - Zabux sakini
Biz o torpaqlarda yaşamağı şəhidlərimizə qazilərimizə borcluyuq.
Bunu Trend-ə açıqlamasında Laçın rayonunun Zabux kənd sakini Xatirə Şirinova deyib.
Onun sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqların işğaldan azad edilməsi hamımızı sevindirir. Allah Prezidentimizi var eləsin, ordumuzu qorusun.
"Vətənimizin hər bir guşəsi bizim üçün əzizdir. Torpaqlarımızın erməni vandallarından azad edilməsi ilə Zabuxda yaşamaq hissi bizi daha da sevindirir", - deyə o qeyd edib.
Qeyd edək ki, bugünkü (18.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 71 ailə (291 nəfər) köçürülüb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun