"Bunun üçün bir qazan, 15 ədəd qarğıdalı və odun lazımdır" - Paşinyan
"Armavir-Gümrü yolu tikilib, gəlib-gedən insanların sayı artıb və siz onlara nə lazım olduğunu düşünməlisiniz ki, bunu təklif edərək özünüz də gəlir əldə edə biləsiniz".
meqale.com oxuya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 18-də Şirak vilayətində kəndlilərlə söhbət zamanı bildirib.
"Kiçik işlərdən başlayın. Pul tələb etməyən şeylər var. Məsələn, Dilican yollarında onillərdir insanlar bişmiş qarğıdalı satırlar. Bunun üçün böyük maliyyə qoyuluşu lazım deyil, bir qazan, 15 ədəd qarğıdalı və odun lazımdır", - deyə Paşinyan bildirib.