Bütün ciddi media subyektləri məlumatlarını Reyestrə daxil ediblər - Agentlik

Azərbaycanın bütün ciddi media subyektləri artıq öz məlumatlarını Media Reyestrinə daxil edib.

Bütün ciddi media subyektləri məlumatlarını Reyestrə daxil ediblər - Agentlik
Azərbaycanın bütün ciddi media subyektləri artıq öz məlumatlarını Media Reyestrinə daxil edib.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli Bakıda Milli Mətbuatın 148 illiyinə həsr olunmuş "Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar" mövzusunda konfransda çıxışı zamanı bildirib.

"Media haqqında" qanunun qəbulundan sonra görülən işlərdən danışan şöbə müdiri bu prosesin yekunlaşdığını vurğulayıb.