Çalışma müddətinin uzadılması işçilərin müqaviləsinə xitam verilməsinin qarşısını alacaq

Çalışma müddətinin uzadıldığı hallarda dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə yol verilməyəcək.

meqale.com-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, çalışma müddətinin uzadılması işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdiriləcək.

Bu halda, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilməyəcək.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.