Fransadan ABŞ-yə qarşı sərt addım

Fransa Prezidenti Emmanuel Makron açıqlayıb ki, ölkəsi Qrenlandiyaya hərbi qüvvələr göndərəcək.

Fransadan ABŞ-yə qarşı sərt addım
Fransa Prezidenti Emmanuel Makron açıqlayıb ki, ölkəsi Qrenlandiyaya hərbi qüvvələr göndərəcək.

meqale.com xəbər verir ki, onun sözlərinə görə, artıq 15 fransız hərbçi adaya yola salınıb. Makron həmçinin 2026-2030-cu illər üçün müdafiə büdcəsinin 36 milyard avro artırılmasının vacibliyini vurğulayıb.

Almaniya mediasının məlumatına görə, Bundesver qoşunlarından ibarət qabaqcıl qrup da yaxın günlərdə Qrenlandiyaya göndəriləcək. Qeyd edək ki, Danimarka və İsveç də adaya hərbi personal yerləşdirməyə başlayıb.