Çanaqqala boğazı hər iki istiqamətdə bağlandı

Çanaqqalada meşə yanğınları səbəbindən boğazdan keçid dayandırılıb.

Çanaqqala boğazı hər iki istiqamətdə bağlandı
Çanaqqalada meşə yanğınları səbəbindən boğazdan keçid dayandırılıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Bildirilib ki, boğazdan hər iki istiqamətə keçid bu gecə saat 3-də dayandırılıb.

Bu qərar yanğınların söndürülməsi zamanı dənizdən su götürülməsi məqsədilə verilib.

Qeyd edək ki, Çanaqqalada yanğına görə boğaz iki gün əvvəl birtərəfli bağlanmışdı.