“Canlını bağla, sizə dərs olmadı?” - "Nikosayağı"nın qardaşının bu hərəkəti tənqid olundu

Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin qardaşı Nihat Mütəllimov avtomobil idarə edərkən "İnstagram"da canlı yayım açıb. Ona qardaşının vəziyyəti ilə bağlı suallar ünvanlanıb.

“Canlını bağla, sizə dərs olmadı?” -
Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin qardaşı Nihat Mütəllimov avtomobil idarə edərkən "İnstagram"da canlı yayım açıb. Ona qardaşının vəziyyəti ilə bağlı suallar ünvanlanıb.

meqale.com sfera.az-a istinadən xəbər verir ki, o, canlı yayımda "Canlını bağla, sizə dərs olmadı" şərhinə əsəbiləşib.

Nihat Mütəllimov bildirib ki, ona ailəsi ilə bağlı sual verən insanları təhqir edəcək.

Xatırladaq ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb. Onun sağ qolu dirsəkdən amputasiya olunub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun