Castin Biber ağır narkotik vasitələrdən istifadə edir? - FOTO
Castin Biberin produseri müğənninin ağır narkotik vasitələrdən istifadə etdiyi və həyat yoldaşı Heyli Biberlə evlilikdə problemlər yaşadığı barədə yayılan şayiələrə cavab verib.
meqale.com xəbər verir ki, bunu TMZ nəşri müğənniyə yaxın mənbəyə istinadla xəbər yayıb.
"Castinin ağır narkotik qəbul etdiyi ilə bağlı təkrarlanan hekayələr tamamilə həqiqətə uyğun deyil. O, hazırda həyatının ən gözəl dövrlərindən birini yaşayır", - deyə nəşrə danışan şəxs bildirib.
Müğənninin produseri qeyd edib ki, Castin Biber həyat yoldaşı Heyliyə bir yaşlı oğlu Cek Blyuza baxmağa kömək edir və yeni musiqilər üzərində işləyir. Buna görə də son zamanlar paparatsiyaların çəkdiyi şəkillərdə o, yorğun görünüb.