Castin Biber "qocalıb" tanınmaz hala düşdü - FOTO
Məşhur kanadalı müğənni, adı P.Diddinin zorakılıq qurbanları siyahısında çəkilən Castin Biber görünüşünü kökündən dəyişməyə qərar verib.
meqale.com oxuya istinadən xəbər verir ki, onun paparatsilər tərəfindən çəkilən kadrları sosial şəbəkədə böyük təəccüb yaradıb.
Nyu-Yorkda gəzintidə olarkən görüntülənən 30 yaşlı ifaçı ictimaiyyət arasına tam qırxılmış başla çıxıb.
Qeyd edək ki, "Baby", "Sorry" və "Love Yourself" hitləri ilə tanınan musiqiçi adətən saç düzümünü baş geyimləri ilə gizlətməyə çalışır, lakin bu dəfə o, yeni görünüşünü göstərməyə qərar verib.
Bununla belə, Biberin cəsarətli qərarının bəyənilmədiyi pərəstişkarların reaksiyasından məlum olur. Onlar gənc müğənninin babaya, qoca kişiyə oxşadığını bildiriblər. Bir qisim istifadəçi isə Castinin sağlam görünmədiyinə diqqət çəkib.