Cavid Hüseynov Ali Məhkəmənin Aparat rəhbəri təyin olundu

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatına yeni rəhbər təyin edilib.

Cavid Hüseynov Ali Məhkəmənin Aparat rəhbəri təyin olundu
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatına yeni rəhbər təyin edilib.

Ali Məhkəmədən meqale.com-a verilən xəbərə görə, bu vəzifə Cavid Hüseynova həvalə olunub.

C. Hüseynov uzun illər məhkəmə-hüquq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2005-2023-cü illərdə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri, 2023-2024-cü illərdə ədliyyə nazirinin müşaviri olub.

2024-cü ildən isə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin müdiri vəzifəsində çalışırdı.