Caz gününə həsr olunmuş möhtəşəm konsert baş tutacaq - VİDEO
Beynəlxalq Caz günü hər il aprel ayının 30-da qeyd olunur. Caz günü 2012-ci ilin noyabr ayında YUNESKO-nun Baş Konfransında elan edilib.
Bakıda bu ilin əsas hadisəsi Heydər Əliyev Mərkəzində Azərbaycan caz musiqiçilərinin iştiraki ilə Caz gününə həsr olunmuş konsert baş tutacaq.
Konsertdə məşhur Amerikalı caz ifaçısı Charenee Wade, Gürcüstanın zərb alətləri ifaçısı George Melikishvili və Azərbaycanın Caz ulduzları iştirak edəcəklər:
Salman Qəmbərov & Bakustic Jazz Emil Əfrasiyab Sevda Ələkbərzadə Səbinə Hacıyeva Tofiq Cabarov Ruslan Hüseynov İsgəndər Ələsgərov Firudin Həmidov İlhamə Qasımova
R.Behbudov adına Dövlət Mahnı Teatrının Estrada Simfonik Orkestri: Dirijor Elbəy Məmmədzadə.
Aparıcı: Rahib Azəri.