Cəlil Cəfərov avrokubokun finalına təyinat aldı
Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərov avrokubokun finalına təyinat alıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, həmyerlimiz qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi funksiyasını yerinə yetirəcək.
Cəfərov Fransanın "Nant" və İtaliyanın "Novara" klublarının qarşılaşmasında hakimlərin və supervayzerin işini qiymətləndirəcək. Bu görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitrovic və polşalı Voycieç Maroşek olacaq. Matç fevralın 28-də "Salle Sportive Metropolitaine REZE" arenasında keçiriləcək.