Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar təhvil götürüldü

Cəlilabad sakinlərindən qanunsuz saxladıqları odlu silahları təhvil götürülüb.

Cəlilabad sakinlərindən qanunsuz odlu silahlar təhvil götürüldü
Cəlilabad sakinlərindən qanunsuz saxladıqları odlu silahları təhvil götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan meqale.com-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 3 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.