Cəlilabadda ağır qəza: yaralılar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Cəlilabadda ağır qəza: yaralılar var
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com axar.az-a istinadən bildirir ki, hadisə Cəlilabad-Bayxanlı avtomobil yolunun Əliqasımlı və Bədirli kəndləri arasından keçən hissəsində qeydə alınıb. Traktorla VAZ-2106 markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində minik avtomobili yoldan çıxaraq əkin sahəsinə düşüb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.