Cəlilabadda ağır yol qəzası: “Jiquli” “Mercedes”lə toqquşdu, yaralılar var

Cəlilabadda baş verən qəzada bir neçə nəfər xəsarət alıb.

Cəlilabadda ağır yol qəzası: “Jiquli” “Mercedes”lə toqquşdu, yaralılar var
Cəlilabadda baş verən qəzada bir neçə nəfər xəsarət alıb.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, hadisə köhnə Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Beləki, hadisə nəticəsində "VAZ 2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində xəsarət alanlar var. Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.