Cəlilabadda iki nəfərin boğulmasına səbəb qoyunlar olub - Yenilənib - FOTO

19:00

Cəlilabadda iki nəfərin boğulmasına səbəb qoyunlar olub - Yenilənib - FOTO
19:00

Cəlilabad rayonunda iki həmkəndlinin suda boğulması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə bu gün Cəlilabadın Hamaraqışlaq kəndində yerləşən su bəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Nihat Aşurov su bəndində qoyunları yuyarkən bəndə yıxılıb. Ona kömək etmək üçün digər kənd sakini, 2004-cü il təvəllüdlü İbrahim Həsənov suya atılıb. Lakin az sonra hər iki şəxs suda görünməz olub. Yaxınlıqdakı şəxslər ilk olaraq Nihatın cansız bədənini sudan çıxarıblar. Lakin İbrahimin axtarışı nəticə verməyib. Onun meyiti hadisə yerinə cəlb olunmuş Fövqəladə hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb.

Hər iki şəxsin meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.

--------- 16:25 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə məlumat daxil olub və dərhal Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları axtarışlara cəlb olunub.

FHN-in Mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə, axtarışlar nəticəsində göldə batmış Həsənov İbrahim Əlifağa oğlunun və Aşurov Nihat Nicat oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

------------ 16:12

Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub.

meqale.com xəbər verir ki, bənddə çimərkən boğulan şəxslərin Hamarqışlaq kənd sakinləri - 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004 -cü il təvəllüdlü İbrahim Həsənov olduğu müəyyən edilib.

Onların meyitləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

--------- 15:36 Cəlilabadda su bəndində iki nəfər boğulub.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində yerləşən bənddə qeydə alınıb.

Boğulan şəxslərin cəsədləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.