Cəlilabadda mikroavtobusla minik maşını toqquşdu - xəsarət alanlar var
Cəlilabad rayonunda yol qəzası baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, Cəlilabad şəhəri ərazisində "Ford" markalı sərnişin mikroavtobusu və "VAZ 2106" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.
Məlumata görə, mikroavtobusda olan şəxslər ziyarətgaha gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.