Cəlilabadda parkdan gül dibçəkləri oğurlayan şəxslər saxlanılıb - FOTO
Cəlilabad rayonunda parklarından birindən naməlum şəxslər tərəfindən gül dibçəkləri oğurlanıb.
meqale.com report-a istinadən xəbər verir ki, oğurluq anı müşahidə kamerasına düşüb.
Polis tərəfindən aparılan araşdırmalar nəticəsində dibçəkləri oğurlayan 2 nəfər saxlanılıb.
Həmin şəxslərlə profilaktik söhbət aparılıb və onlar hərəkətlərindən peşman olduqlarını bildiriblər.