Cəlilabadda qəza - sürücülər xəsarət aldı - FOTO
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com-ın cənub bürosunun verdiyi xəbərə görə hadisə köhnə Ələt-Astara avtomagistralında, Cəlilabad rayonunun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki "VAZ-2107" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində sürücülər xəsarət alıb.
Xəsarət alan sürücülər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki sürücünün Alar kəndindən olduğu bildirilir.