Nura oğlunun Mahir Emreli ilə FOTOsunu paylaşdı
Müğənni Nura Suri sosial şəbəkədə diqqətçəkən paylaşımı ilə izləyicilərin marağına səbəb olub.
meqale.com xəbər verir ki, sənətçi oğlu Davidin Azərbaycanın milli komandası futbolçusu Mahir Emreli ilə birlikdə çəkdirdiyi fotosunu paylaşıb.
Nura Suri paylaşımına bu şərhi yazıb:
"Oğlum və M. Emreli - yaraşıqlılar. David deyir ki, ən yaxşı futbolçu Mahirdir".
Sözügedən paylaşım izləyicilər arasında müzakirə yaradıb.