Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub
Cəlilabadda ağır yol qəzası baş verib, xəsarət alanlar var.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Abışabad kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alanlar - 1962-ci il təvəllüdlü Fəxrəddin Fərəcov, 1990-cı il təvəllüdlü Aygül Əliyeva, 1982-ci il təvəllüdlü Seymur Əliyev və 2017-ci il təvəllüdlü Seyidağa Əliyevdir.