Çempionlar Liqası: 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib
UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turuna start verilib.
meqale.com report-a istinadən xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında oyunlar keçirilib.
Bu qruplarda "Mançester Siti" və "Leyptsiq"dən sonra daha 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib. Bunlar "Atletiko", "Latsio", Dortmund "Borussiya"sı və "Barselona"dır.
Qeyd edək ki, digər qruplarda V turun matçları noyabrın 29-da keçiriləcək.
Çempionlar Liqası. Qrup mərhələsi, V tur 28 noyabr
E qrupu "Latsio" (İtaliya) - "Seltik" (Şotlandiya) 2:0 "Feyenoord" (Niderland) - "Atletiko" (İspaniya) 1:3 Xal durumu: "Atletiko" - 11, "Latsio" - 10, "Feyenoord" - 6, "Seltik" - 1.
F qrupu "Milan" - "Borussiya" (Dortmund, Almaniya) 1:3 PSJ (Fransa) - "Nyukasl" (İngiltərə) 0:1 Xal durumu: "Borussiya" - 10, PSJ - 7, "Nyukasl" - 5, "Milan" - 5.
G qrupu "Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya) 3:2 "Yanq Boyz" (İsveçrə) - "Srvena Zvezda" (Serbiya) 2:0 Xal durumu: "Mançester Siti" - 15, "Leyptsiq" - 9, "Yanq Boyz" - 4, "Srvena Zvezda" - 1.
H qrupu "Şaxtyor" (Donetsk, Ukrayna) - "Antverpen" (Belçika) 1:0 "Barselona" (İspaniya) - "Portu" (Portuqaliya) 2:1 Xal durumu: "Barselona" - 12, "Portu" - 9, "Şaxtyor" - 9, "Antverpen" - 0.