Çempionlar Liqası: Bu gün 1/8 final mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Çempionlar Liqası: Bu gün 1/8 final mərhələsinin püşkü atılacaq
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

meqale.com report-a istinadən xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bu raundda eyni ölkənin təmsilçiləri və qrup mərhələsində üz-üzə gələn komandalar bir-birilərinə rəqib olmayacaqlar.

Qruplarda birinci yeri tutan komandalar səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər hesab edilir.

Səpələnmişlər: "Arsenal", "Mançester Siti" (hər ikisi İngiltərə), "Atletiko", "Barselona", "Real", "Real Sosyedad" (hamısı İspaniya), "Bavariya", Dortmund "Borussiya"sı (hər ikisi Almaniya).

Səpələnməmişlər: "Kopenhagen" (Danimarka), "İnter", "Latsio", "Napoli" (hər üçü İtaliya), "Leyptsiq" (Almaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), PSV (Niderland).