Çempionlar Liqası: “Qalatasaray” bu gün “Molde” ilə səfərdə qarşılaşacaq
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 3 görüş keçiriləcək.
meqale.com bildirir ki, Türkiyə çempionu "Qalatasaray" səfər matçına çıxacaq.
İstanbul nəhəngi Norveçdə yerli "Molde"nin qonağı olacaq.
UEFA Çempionlar Liqası Pley-off mərhələsi, ilk oyunlar 23 avqust 23:00. "Braqa" (Portuqaliya) - "Panatinaikos" (Yunanıstan) 23:00. "Makkabi" (Hayfa, İsrail) - "Yanq Boyz" (İsveçrə) 23:00. "Molde" (Norveç) - "Qalatasaray" (Türkiyə)
Qeyd edək ki, cavab görüşləri avqustun 29-da keçiriləcək.