Cenk Tosun Azərbaycanda oynamaq istəyindən danışdı
Türkiyə millisinin üzvü Cenk Tosun Azərbaycanda oynamaq istəyir.
meqale.com xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında 34 yaşlı hücumçu deyib.
O, Azərbaycandan gələcək təkliflərə müsbət baxacağını bildirib: "Kasımpaşa" klubu ilə mövsümün sonunadək anlaşmışam. Amma gələn il Azərbaycandan təklif olarsa, düşünərəm. Ölkənizi çox sevirəm".