Cənubi Qafqaz üçün yeni təhlükəli ssenari var - Tarasov

Cənubi Qafqaz üçün yeni ildə təhlükəli ssenarilər var.

Cənubi Qafqaz üçün yeni təhlükəli ssenari var - Tarasov
Cənubi Qafqaz üçün yeni ildə təhlükəli ssenarilər var.

meqale.com globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

O, Bakı və İrəvan arasında bir sıra sualların cavabsız qaldığını bildirib:

"Burada əsas rəqabət geosiyasi marşrutlar və onların sponsorları arasında cərəyan edəcək. Cənubi Qafqazda ötənilki proseslərin davamını görəcəyik. Danışıqlarda eyni məntiq hakim olacaq. Ötən il hər iki tərəf bir çox məsələlərdə razılığa gəldiklərini və sazişi imzalamağa yaxın olduqlarını açıqlayıblar. Lakin hesab edirəm ki, saziş imzalansa belə, münaqişə yekunlaşmayacaq. Regionu "qaynadacaq" bəzi suallar var. Bir sıra razılaşdırılmayan məsələlər qalsa da, Bakı və İrəvan sülh sənədini imzalamaq istəyirlər.

Rusiya, İran, Gürcüstan, AB, ayrı-ayrı ölkələr prosesə müdaxiləyə və görüşlər təşkil etməyə çalışırlar. Bu, yəqin ki, sənəd imzalanana kimi davam edəcək. Lakin bəzi məsələlər regional atmosferin sabitləşməsinə imkan verməyəcək".