"Cənubi Qafqazda sülhün bərqərar olması bu ölkələri ciddi narahat edir"

Ölkəmizin torpaqlarının işğalı zamanı Qərbin beynəlxalq təsisatlarının Azərbaycana qarşı sərgilədikləri ikili standartlar, riyakarlıq istər Vətən müharibəsi günlərində, istərsə də 23 saatlıq lokal antiterror tədbirlərinin həyata keçirilməsində sonra özünü bir daha göstərməkdədir.

Ölkəmizin torpaqlarının işğalı zamanı Qərbin beynəlxalq təsisatlarının Azərbaycana qarşı sərgilədikləri ikili standartlar, riyakarlıq istər Vətən müharibəsi günlərində, istərsə də 23 saatlıq lokal antiterror tədbirlərinin həyata keçirilməsində sonra özünü bir daha göstərməkdədir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, Qərb Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında mövcud olan reallığa və antiterror tədbirlərinin mahiyyətinə, nəticəsinə ədalətli münasibət sərgiləmir.

"Onlar ölkəmizi əsassız şəkildə "etnik təmizləmə" həyata keçirən ölkə kimi təqdim etməyə cəhd edirlər. Biz bunu açıq şəkildə görə bilirik. Bu xətt Avropa Parlamenti, Avropa İttifaqı, Fransa, Niderland, Almaniya və digər ölkələrin mövqeyində aydın şəkildə görünür. Ermənistana ardıcıl maliyyə və humanitar yardımın göndərilməsi, silahlandırılması istiqamətində atılan addımlar Avropa İttifaqının bu ölkədə hərbiləşmiş missiyasının müddətinin uzadılması ehtimalının yüksək olması, Paşinyan başda olmaqla, edilən reveranslar Qərbin riyakar olduğuna heç bir şübhə yeri qoymur".

Deputat qeyd edib ki, Paşinyan bu günlərdə Avropa Parlamentində çıxışında nə qədər ikibaşlı mövqe ortaya qoysa da, söylədi ki, ölkəsi bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir.

"Görünür, Cənubi Qafqazda sülhün bərqərar olması adını çəkdiyim ölkələr və beynəlxalq təsisatları ciddi narahat edir. Əgər onlar insan hüquqlarından bəhs edirlərsə, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün pozulmuş hüquqlarından niyə danışmırdılar? Qərbi Azərbaycandan deportasiya olunan 250 min azərbaycanlının təhlükəsiz qayıdışını və insan hüquqlarının qorunmasını niyə Ermənistandan tələb etmirlər?

Biz 30 ildən artıqdır ki, bu münasibətlərlə tanışıq. Buna baxmayaraq, Azərbaycan beynəlxalq hüququ təmin edərək, tarixi ədaləti bərqərar edərək, torpaqlarını içğaldan azad etdi", - deyə deputat əlavə edib. meqale.com