Çexiyada bomba təhlükəsi: 600-ə yaxın sakin təxliyə olundu
Çexiyanın Litvinov şəhərində II Dünya müharibəsindən qalma hava bombasının tapılması ilə bağlı 600-ə yaxın sakin təxliyə olunub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə CTK agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bomba avqustun 27-dək tapıldığı yerdə qalacaq. Onu yoxlayan istehkamçılar belə qənaətə gəliblər ki, partlayış təhlükəsi böyükdür və onun şəhərdən çıxarılması, eləcə də sonradan ləğv edilməsi üçün ən münasib şəraiti təmin etmək lazımdır.