Ceyhun Bayramov və Rumıniya XİN-başçısı arasında təkbətək görüş keçirilir - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rumıniya xarici işlər naziri Luminita Odobescu arasında təkbətək görüş keçirilir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında qeyd edilib.
Qeyd edək ki, 5 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
meqale.com