Ceyran illər sonra efirə qayıdır - FOTO
Aparıcı Ceyran Rəhimova illər sonra efirə qayıdır.
meqale.com olay-a istinadən bildirir ki, C. Rəhimova "MTV Azərbaycan" kanalı ilə razılaşıb.
Bununla bağlı telekanalın icraçı direktoru Fariz Əliyev məlumat yayıb.
Aparıcı ilə fotosunu paylaşan F. Əliyev "Yeni iş birliyimiz xeyirli olsun" şərhini yazıb.
Qeyd edək ki, C.Rəhimova "Sən bir nəğmə" verilişinin aparıcısı olub. O, uzun illərdir ki, fəaliyyətinə ara verib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun