CHP-nin yeni lideri Özgür Özəl kimdir?

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.

CHP-nin yeni lideri Özgür Özəl kimdir?
Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.

meqale.com teleqraf.com-a istinadən bildirir ki, partiyanın 8-ci başqanı Manisa millət vəkili Özgür Özəl 1974-cü ildə Manisada anadan olub. Ege Universitetinin Əczaçılıq Fakültəsində bakalavr təhsili alan Özəl 1999-cu ildə əczaçı kimi fəaliyyətə başlayıb.

2001-2007-ci illər arasında əczaçı, 2007-2011-ci illərdə isə Türkiyə Əczaçılar Birliyində mühasib işləyib. 2011-ci ildə CHP-dən deputat kimi ali qanunverici orqana daxil olub, 4 il sonra isə partiyanın deputat qrupunun sədri olub.

Yeni başqan alman və ingilis dillərini bilir, evlidir, bir övladı var.

meqale.com