Çimərliyə yaxın məsafədən uçan təyyarənin pilotu saxlanıldı - VİDEO
Sankt-Peterburqda çimərlikdə istirahət edənlərin üzərindən təhlükəli dərəcədə alçaqdan uçan özəl təyyarənin pilotu saxlanılıb.
meqale.com bildirir ki, iyulun 12-də TR-301 markalı təyyarəni idarə edən şübhəlilər çox aşağı hündürlükdə uçuş həyata keçiriblər.
Bu hərəkət insan həyatına təhlükə yaradıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.