Çin avtomobillərinə tələbat niyə artıb? - Putindən cavab
Rusiya Federasiyasının prezidenti Vladimir Putin "China Media Corporation"a müsahibəsində Çin avtomobillərinə tələbatın artdığını bildirib.
meqale.com lente istinadən bildirir ki, Putinin fikrincə, bunun səbəbi həmin avtomobillərin keyfiyyətcə yaxşı olmasından irəli gəlir:
"Çin avtomobillərinin keyfiyyəti yaxşılaşır, ona görə də istehlakçılarımız sevinirlər. Xüsusilə qiymət/keyfiyyət nisbəti baxımından Çinli istehsalçıların məhsullarına diqqət yetirmək lazımdır".
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Rusiyada 283 min 603 ədəd Çin markalı avtomobil satılıb. Model reytinqində Çindən ən çox satılan avtomobillər Chery Tiggo 7 Pro, Haval Jolion, Geely Coolray, Omoda C5 və Chery Tiggo 4 Pro olub.