Çin bu ölkədə hərbi baza qurur - Gərginlik artdı
Mərkəzi Asiya ölkələri təhlükəsizliklərini müxtəlif formalarda gücləndirirlər. Bu ölkələrin bir qismi Rusiya ilə təhlükəsizlik sahəsində tərəfdaşlıq əlaqələri qursalar da, ABŞ-la dialoqdan da imtina etməyiblər. Tacikistan isə təhlükəsizlik sahəsində Rusiya ilə yanaşı, Çinlə də əməkdaşlığa üstünlük verib. Böyük Britaniyanın "Teleqraf" nəşrində yayımlanan məqalədə peyk görüntülərinə istinadən Çinin Tacikistanda məxfi hərbi baza inşa etdiyi bildirilib. Pekin bu məlumat dərhal təkzib edib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Qərb Pekinin təkzibinə inanmır, çünki Çin 2014-15-ci illərdə Afrikada - Cibutidə hərbi baza tikməsinə dair xəbərləri də təkzib etmişdi, ancaq sonradan hərbi bazanın varlığı təsdiq olundu: