Çin lideri İrana başsağlığı verdi

Çin Prezidenti Si Cinpin İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

Çin lideri İrana başsağlığı verdi
Çin Prezidenti Si Cinpin İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

"Kirmanda partlayış xəbəri məni şoka saldı. Çin hökuməti və xalqı adından bu hadisənin qurbanlarının ailəsinə başsağlığı verirəm. Çin terrorizmin bütün növlərinə qarşıdır və İranın milli təhlükəsizliyini, sabitliyini qorumaq səylərini qətiyyətlə dəstəkləyir", - deyə Prezident vurğulayıb.