Çin paradda ilk dəfə qitələrarası nüvə raketini nümayiş etdirdi

Çin Xalq Respublikası hərbi parad zamanı ilk dəfə olaraq yeni nəsil qitələrarası ballistik nüvə raketini ictimaiyyətə təqdim edib.

Çin paradda ilk dəfə qitələrarası nüvə raketini nümayiş etdirdi
Çin Xalq Respublikası hərbi parad zamanı ilk dəfə olaraq yeni nəsil qitələrarası ballistik nüvə raketini ictimaiyyətə təqdim edib.

meqale.com xəbər verir ki, raketin nümayişi Pekində keçirilən tədbirdə baş tutub. Çin mediasının məlumatına görə, sözügedən silah ölkənin strateji müdafiə qabiliyyətlərini artırmaqla yanaşı, qlobal nüvə qüvvələri balansında da mühüm rol oynaya bilər.

Parad zamanı uzunmənzilli aviasiya raketi "JL-1", sualtı bazalı qitələrarası raket "JL-3", eləcə də quru bazalı qitələrarası raketlər "DF-31" və "DF-61" təqdim olunub.

Bu tip raketlər minlərlə kilometr məsafədəki hədəfləri vura bilmək imkanına sahibdir və onların paradlarda nümayiş etdirilməsi Pekinin hərbi gücünün açıq mesajı kimi qiymətləndirilir.