Cinayət izini belə itirməyə çalışdı - Qadını vurandan sonra... - FOTO
Naftalanda piyadanın ölümünə səbəb olmaqda şübhəli bilinən sürücü saxlanılıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, 3 gün əvvəl Naftalan Şəhər Polis Şöbəsinə 1981-ci il təvəllüdlü Sənurə İmaninin naməlum avtomobil tərəfindən vurulması, piyadanın aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü tutulub. Araşdırmalar zamanı məlum olub ki, Naftalan şəhər sakini, M.Hüseynov tanışına məxsus avtomobillə yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdıqdan sonra avtomobili təmir edərək cinayət izlərini itirməyə çalışıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun