Çində "böyük casusluq işi"nin üstü açıldı

Böyük Britaniyanın "MI6" xarici kəşfiyyat xidməti Çin Xalq Respublikasının mərkəzi dövlət orqanlarının iki əməkdaşını işə qəbul edib.

Çində
Böyük Britaniyanın "MI6" xarici kəşfiyyat xidməti Çin Xalq Respublikasının mərkəzi dövlət orqanlarının iki əməkdaşını işə qəbul edib.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Təhlükəsizlik Nazirliyindən məlumat verilib.

Nazirliyin mətbuat xidməti "WeChat" sosial şəbəkəsində bildirib ki, ər-arvad olan Vanq və Çjou cütlüyü əvvəlcə Britaniya tərəfinə "konsaltinq xidmətləri" göstəriblər, sonra isə "MI6"da peşəkar təlim keçiblər.