Çində körpünün uçması nəticəsində 11 nəfər öldü

Çinin şimal-qərbindəki Şensi əyalətində magistral körpünün uçması nəticəsində 11 nəfər ölüb.

Çində körpünün uçması nəticəsində 11 nəfər öldü
Çinin şimal-qərbindəki Şensi əyalətində magistral körpünün uçması nəticəsində 11 nəfər ölüb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, xilasedicilər çaya düşmüş beş avtomobil aşkar ediblər.

Xilasetmə işləri davam edir.

Körpünün uçmasına səbəb güclü yağış olub.