Çində silsilə zəlzələlər baş verdi

Çində 5,7 və 3,9 maqnitudalı zəlzələlər qeydə alınıb.

Çində silsilə zəlzələlər baş verdi
Çində 5,7 və 3,9 maqnitudalı zəlzələlər qeydə alınıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkə Mərkəzi (CENC) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 6:27-də Qazaxıstanla sərhədin yaxınlığında, Sincan-Uyğur Muxtar Regionunda 5,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanların episentri Çinin Aksu qəzasından 125 kilometr qərbdə və Almatıdan 276 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.