Çinin ən hündür şəlaləsi də "kitayski" imiş

Çinin ən hündür şəlaləsi kimi təqdim edilən Yuntay dağı şəlaləsinin əslində təbii olmadığı və suyun boru vasitəsilə təmin edildiyi üzə çıxıb.

Çinin ən hündür şəlaləsi də
Çinin ən hündür şəlaləsi kimi təqdim edilən Yuntay dağı şəlaləsinin əslində təbii olmadığı və suyun boru vasitəsilə təmin edildiyi üzə çıxıb.

meqale.com lente istinadən bildirir ki, milyonlarla turistin gəzməyə gəldiyi şəlalə ilə bağlı üzəçıxan məlumat sərt reaksiyalara səbəb olduğunu görən rəsmilər üzr istəyərək borunun isti aylarda şəlalədə suyun səviyyəsini saxlamaq üçün istifadə edildiyini iddia edib.

Turistlərdən birinin öz sosial şəbəkə hesabında paylaşdığı video nəticəsində Çinin gursulu şəlaləsi kimi tanınan və UNESCO-nun Qlobal Geopark siyahısında olan 312 metrlik Yuntay şəlaləsinə suyun boru ilə verildiyi məlum olub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun