Çökən binada axtarış-xilasetmə işləri başa çatdı - ölənlərin sayı bilindi - Yenilənib - VİDEO

Ötən gün Türkiyənin Konya şəhərində çökən binada axtarış-xilasetmə işləri başa çatıb.

Çökən binada axtarış-xilasetmə işləri başa çatdı - ölənlərin sayı bilindi - Yenilənib - VİDEO
Ötən gün Türkiyənin Konya şəhərində çökən binada axtarış-xilasetmə işləri başa çatıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, dağıntılar altından cansız bədəni çıxarılan şəxslərin sayı ikiyə çatıb. Ölənlərdən birinin 23 yaşlı qadın olduğu bildirilir.

Qeyd edək ki, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb. Şübhəlilərdən ikisi həmin binanın aşağı mərtəbəsində yerləşən obyektlərin sahibi, digərləri isə idarəçiləridir.

-------

13:06

Türkiyənin Konya vilayətinin Səlçuklu rayonunda yerləşən dördmərtəbəli binanın çökməsi nəticəsində bir nəfərin cəsədi tapılıb. 

meqale.com bildirir ki, məlumata görə, dağıntılar altından üç nəfər sağ şəkildə xilas edilib. Lakin binanın çökməsi ilə bağlı hələlik səbəb məlum deyil.

Konya Baş Prokurorluğunun açıqlamasına əsasən, hadisənin səbəbini araşdıran hüquq-mühafizə orqanları, binanın uçmasında təqsirli bilinən dörd nəfəri saxlayıblar. Hadisə yanvarın 24-də baş verib və genişmiqyaslı xilasetmə əməliyyatı davam edir.

--------

07:21

Türkiyənin Konya vilayətində çökən binanın dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.

06:53 meqale.com xəbər verir ki, ölkənin Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları dağıntılar altında qalan 5 nəfərlə telefonla əlaqə qurub.

Xilasedicilərin çökmə zamanı sağ qalan 3 nəfəri dağıntıların altından sağ çıxardığı bildirilir.

Dağıntılar altında qalan insanların xilas edilməsi üçün işlər davam etdirilir.

---------- 22:41 Xəbərə video əlavə olunub.

----------- 22:05 Türkiyənin Konya şəhərində üçmərtəbəli bina çöküb. Hadisə yerinə çox sayda AFAD, 112 Təcili Tibbi Yardım və polis qüvvələri cəlb edilib.

Binada 3-4 nəfərin ola biləcəyi ehtimalına əsaslanaraq axtarış-xilasetmə əməliyyatı başlayıb.