Coli ilə Halukun filmindən ilk görüntülər yayıldı

Hollivud ulduzu Ancelina Coli ilə türkiyəli aktyor Haluk Bilginerin baş rolunu paylaşdığı "Maria" filminin çəkilişləri başlayıb.

Coli ilə Halukun filmindən ilk görüntülər yayıldı
Hollivud ulduzu Ancelina Coli ilə türkiyəli aktyor Haluk Bilginerin baş rolunu paylaşdığı "Maria" filminin çəkilişləri başlayıb.

meqale.com axşam.az-a istinadən bildirir ki, ekran işinin çəkiliş meydançasından ilk görüntülər yayılıb. 

Haluk yunan əsilli amerikalı soprano Maria Kallasın həyatından bəhs edən filmdə Colinin tərəf müqabili olub. 

Ekran işinin çəkilişləri 8 həftə davam edəcək. Çəkilişlər Paris, Yunanıstan, Budapeşt və Milanda aparılacaq. Bilginer filmdə yunan əsilli iş adamı Aristotle Onassisi oynayacaq.