Con Kerri Çinə səfər edəcək
ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi elçisi Con Kerri iyulun 16-19-da Çinə səfər edəcək.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, səfər çərçivəsində C.Kerri Çin rəsmiləri ilə görüşlər keçirəcək. Amerika liderinin xüsusi elçisi iqlim böhranının aradan qaldırılmasında Çinlə əməkdaşlıq etməkdə qərarlıdır.
Qeyd edilir ki, ABŞ tərəflərin bu sahədə əlavə öhdəliklər götürmələrini və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının uğurlu keçirilməsinə səy göstərmələrini istəyir.