"COP29-a ev sahibliyi etmək xüsusi əhəmiyyət daşıyır"

Azərbaycan son dövrlər çalışır ki, fərqli beynəlxalq platformalarda daha ciddi şəkildə təmsil olunsun.

Azərbaycan son dövrlər çalışır ki, fərqli beynəlxalq platformalarda daha ciddi şəkildə təmsil olunsun.

meqale.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.

O bildirib ki, COP29-un ölkəmizdə keçirilməsi dövlətimizin yaratmaq istədiyi imicə uyğun gəlir.

"Digər tərəfdən Azərbaycan beynəlxalq gücə çevrilmək üçün insanlığın gələcəyi ilə bağlı əhəmiyyət daşıyan məsələlərdə rol almaq istəyir. COP29 da bu baxımdan əhəmiyyətli tədbirlərdən biridir. COP29-a ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzu baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu tədbiri davamlı inkişaf məqsədlərinə nail olmaq üçün fürsətlərdən biri kimi görür", - o deyib.

Ekspert qeyd edib ki, torpaqlarımız düşmən işğalından azad ediləndən sonra həmin ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab edilir.

"Bu ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülüb. Çünki həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialı var. Yaşıl enerji zonalarının yaradılması ilə bağlı xarici şirkətlərlə müqavilələrin imzalanması onu deməyə əsas verir ki, bu istiqamətdə böyük işlər görülür.