COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq - Nərmin Carçalova
Ölkəmiz bugünədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.
"Lakin iştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq. Tədbirin keçiriləcəyi məkan kimi Bakı Stadionu seçilib. Bu qərar BMT (UNFCCC) ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. İndiyədək bu məkanda keçirilən böyükmiqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığı tam təmin edilib",- deyə o bildirib.
Onun sözlərinə görə, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması və ətraf mühitə mümkün mənfi təsiri minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır: