"Crocus"dan təxliyə edilənlərin sayı açıqlandı
"Crocus City Hall"dan 5 mindən çox insan təxliyə edilib, daha 100 nəfər yanğından xilas olunub.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə "Crocus Group"un nümayəndəsi bildirib.
Qeyd edək ki, martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall"da naməlum şəxslər pulemyotlardan atəş açmağa başlayıb. Hadisə "Piknik" qrupunun konserti başlamazdan əvvəl baş verib.