Dağda gəzəndə 2,5 milyon illik bu sirri tapdı - FOTO
Səyyah Həsən Hüseyn Kahriman Konyada 2,5 milyon il əvvələ aid bir buzlaq kəşf edib.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Həsən Hüseyn Kəhriman Mərkəzi Toros dağlarında Konya, Karaman və Antalya sərhədlərini təşkil edən 2877 metr yüksəklikdə Gəyik dağlarında buzlaq yatağının olduğunu müəyyən edib. Daha sonra buzlaq yatağının bir sirk buzlaq olduğunu ifadə edən Prof. Dr. Adnan Pınar müşahidələr aparıb.
Prof. Dr. Pınar, buzlaqın qlobal istiləşmənin təsiri ilə ortaya çıxa biləcəyinə diqqət çəkdi. Görüntülərdə dağların Orta Anadoluya baxan səthində qədim sirk buzlağının olduğu görünür.
Bu ərazidəki çuxur-sirklər minlərlə il ərzində yığılan qarın böyük bir buzlaq örtüyünə çevrilməsinə səbəb olub. Prof. Dr. Pınar bildirir ki, gələcək iqlim dəyişikliklərinin bu təbii formalaşmaya necə təsir edəcəyini proqnozlaşdırmaq çətindir.