Dağıstanda rəhbər vəzifə tutanların dosyeləri yoxlanılır
Dağıstanın rəhbəri Sergey Məlikov respublikada rəhbər vəzifə tutan hər kəsin şəxsi işlərinin yoxlanılması barədə göstəriş verib.
meqale.com musavat.com-a istinadən bildirir ki, o, bu barədə Dağıstan Xalq Assambleyasının sessiyası zamanı bildirib.
"Mən Dağıstanda rəhbər vəzifə tutan hər kəsin, o cümlədən Xalq Məclisinin deputatlarının şəxsi işlərinin yoxlanılması barədə göstəriş vermişəm", - deyə Məlikov bildirib.
Buna səbəb iyunun 23-də Dağıstanın Serqokalinsk rayonunun rəhbəri Maqomed Ömərovun kiçik oğulları Osman və Adilin, həmçinin onun qardaşı oğlu Abdusaməd Amadziyev Dağıstanda törədilən terror aktlarında iştirak etmələridir. "Baza" Telegram kanalının məlumatına görə, onlar radikal islamı (vəhhabilik) qəbul ediblər.
Ömərovun dindirmə zamanı bildirib ki, o, son illər radikal oğulları ilə əlaqə saxlamayıb və özü vəhhabi olmayıb.