Daha 2 ölkə Fələstin dövlətini rəsmən tanıdı - YENİLƏNİB

Norveçin ardınca İspaniya və İrlandiya da Fələstin dövlətinin müstəqilliyini tanımaqlarına dair niyyətlərini təsdiqləyiblər.

Daha 2 ölkə Fələstin dövlətini rəsmən tanıdı - YENİLƏNİB
Norveçin ardınca İspaniya və İrlandiya da Fələstin dövlətinin müstəqilliyini tanımaqlarına dair niyyətlərini təsdiqləyiblər.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

İspaniyanın Baş naziri Pedro Sançez ölkəsinin 28 mayda Fələstin dövlətini tanıyacığını açıqlayıb. İrlandiya Baş naziri Simon Harris də Fələstini dövlət olaraq tanıdıqlarını bəyan edib.

--------

10:56

Norveç Fələstin dövlətini rəsmən tanıdığını elan edib.

meqale.com APA-ya istinadən bildirir ki,  AP məlumat yayıb.

Bu barədə Norveç Baş naziri Yonas Qar Störe bildirib.

O, qərarın mayın 28-də qüvvəyə minəcəyini açıqlayıb.